İtaliya nümayəndə heyəti Azərbaycandan qaz nəqli məsələlərini müzakirə edir
Dünən prezident İlham Əliyev İtaliyanın xarici işlər və iqtisadi inkişaf nazirləri Martu Dassun və Klaudio De Vinsentini qəbul edib.
Görüş zamanı Azərbaycan və İtaliya arasında siyasi, iqtisadi və mədəniyyət sahələrində əlaqələrin inkişafından məmnunluq ifadə olunub, Azərbaycan və İtaliya, habelə Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın perspektivlərinə aid məsələlər üzrə fikir mübadiləsi aparılıb, xəbəri Azərbaycan prezidentinin mətbuat xidməti yayıb.
İtaliya nümayəndə heyətinin XİN rəhbəri Elmar Məmmədyarovla görüşündə Azərbaycan qazının İtaliyaya ixracı və digər sahələrdə iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub.
Energetika naziri Natiq Əliyevlə görüşdə də qaz mövzusuna toxunulub. -06С-
-
- Sual-cavab
- 10 İyul 2012 12:07
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz