İxracın 92%-i karbohidrogenlərdir
Yanvardan avqusta ixracatda neft 85,61% paya malik olub. Karbohidrogenlərin (qaz və neft məhsulları daxil) ixracatdakı xüsusi çəkisi 92,52% olub.
Gömrük Komitəsinin məlumatına görə, hesabat dövründə Azərbaycanın xarici ticarət dövriyyəsi $18 mlrd 133 mln 507,99 min olub. İxracatda meyvə-tərəvəz (1,03%), şəkər (1%), bitki və kərə yağları (0,98%), plastmass (0,58%), alüminium (0,35%), çay (0,13%), içkilər (0,16%), kimya məhsulları (0,3%), pambıq (0,06%), qara metal və məmulatı da var - 0,18%.
İdxalda maşınlar, mexanizmlər, elektrik cihazları avadanlıqlar 30,7% paya malikdir. Ardınca ərzaq - 11,78%, qara metal və məmulatları - 10,48%, nəqliyyat vasitələri və ehtiyat hissələri - 9,22%, tütün və məhsulları - 4,45%, sement - 1,53%, əczaçılıq məhsulları - 2,83%, plastmassa və məmulatları - 2,64%, ağac və ağac məhsulları - 1,52%, mebel - 0,98% üstünlük təşkil edib. –17D—
-
- İqtisadiyyat
- 20 Avqust 2014 16:06
-
- İqtisadiyyat
- 20 Avqust 2014 16:17
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz