Sərhədçilər brakonyerlərdən 1,5 mln metr balıq toru müsadirə edib
Bu ilin I yarısında sərhədçilər brakonyerlərdən 1,5 mln metr balıq toru müsadirə edib.
Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev mətbuata bildirib ki, həmçinin balıq tutulmasında istifadəsi qadağan edilən 293 min tilov tutularaq məhv edilib.
Onun sözlərinə görə, Xəzərin Azərbaycan sektorunda qanunsuz ov, təbii və bioloji sərvətlərə ziyan vurulması hallarının aşkar edilməsi üçün tədbirlər həyata keçirilir. Nəticədə balıqçılıq, ovçuluq, elmi-tədqiqat, idman gəmilərinin, motorlu və motorsuz digər üzmə vasitələrinin qeydiyyata alınması, yanalma körpülərindən dənizə çıxması, dənizdə olması, üzməsi və geri qayıtması qaydalarına əməl edilməsi proseslərinə nəzarətin səviyyəsi yüksəlib. –17D—
-
- İqtisadiyyat
- 20 Avqust 2014 16:03
-
- İqtisadiyyat
- 20 Avqust 2014 16:08
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz