- İqtisadiyyat
- 20 Avqust 2014, 16:17
- 155
Honduras Azərbaycanla əmtəə dövriyyəsi tariflərini dəyişmək istəyir
Dominikan Respublikası və Honduras Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü üzrə danışıqlarda prioritet hüquqa (initial negotiating right) iddia edir. Onların müəyyən məhsul üzrə tarifləri dəyişdirmək arzuları, yəqin ki, ticarət dövriyyəsi az olduğu üçün baş tutmayacaq.
Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib ki, hazırda bu məsələ araşdırılır, çünki belə hüququ bütün ölkələrə təqdim etmək olmaz. Təcrübəyə əsasən, danışıqlara müstəsna hüquq ixrac etdiyi məhsulun payı ümumi idxalda 30 faizi ötən ölkəyə verilir.
Gömrük Komitəsinin məlumatına görə, Azərbaycanla Dominikan Respublikası arasında əmtəə dövriyyəsi ilin I yarısında $15,35 min (hamısı idxaldır, əmtəə dövriyyəsinin 0,0001%-i) olub, il ərzində 34,2% artıb.
Bu il Hondurasla əmtəə dövriyyəsi qeydə alınmayıb, ötən il bu ölkədən $110 məbləğində mal idxal edilib.
Azərbaycan 1997-ci ildən ÜTT-də müşahidəçidir. ÜTT üzvləri ilə danışıqlar 2004-cü ildə başlayıb. Hazırda 18 ölkə ilə danışıqlar gedir. –17D
-
- İqtisadiyyat
- 20 Avqust 2014 16:08
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz