İyulda bir kredit ittifaqı təsis edilib
Vergilər Nazirliyi iyulda bir kredit ittifaqını qeydiyyata alıb.
Nazirliyin məlumatına görə, nizamnamə kapitalı 4 min manat olan “Fermer Marketinq” kredit ittifaqı Bərdədə, H. Aslanov, ev 51 ünvanında təsis edilib. İttifaqın rəhbəri Səyavuş Əliyevdir.
Qanunvericiliyə əsasən, müvafiq fəaliyyət göstərmək üçün təşkilat Mərkəzi Bankdan lisenziya almalıdır.
Son məlumatlara görə, ölkədə 103 kredit ittifaqı fəaliyyət göstərir. --15B--
-
- İqtisadiyyat
- 5 Oktyabr 2012 12:34
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz