Təhsil Nazirliyinin qarşısında keçirilən aksiya zamanı 55 dindar saxlanılıb (Video)
Bu gün Təhsil Nazirliyinin qarşısında dindarlarla polis qüvvələri arasında baş vermiş toqquşma zamanı 55 nəfər saxlanılaraq Nərimanov rayon Polis İdarəsinin müxtəlif bölmələrinə aparılıb. Bu barədə Turan-a Nərimanov rayon Polis İdarəsindən məlumat verilib.
Qeyd edək ki, iki yüzə yaxın dindar Təhsil Nazirliyinin qarşısında toplaşaraq hicaba qadağanın aradan qaldırılmasını tələb edib.
Aksiya iştirakçıları polisin dağılışmaq barədə tələbini yerinə yetirməkdən imtina etdikdən sonra qarşıdurma yaranıb. Polis dəyənəkdən, dindarlar isə taxta parçalarından istifadə ediblər. Polislərə daş atıblar. Hər iki tərəfdən zərər çəkənlər var.
Şəhər kliniki xəstəxanasından verilən məlumata görə, 3 polis əməkdaşı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.03B06--
Cümə günü Təhsil Nazirliyinin qarşısında dindarların etiraz aksiyası polis qüvvələri ilə onların arasında toqquşmaya çevrilib. Aksiya məktəblərdə hicaba qadağa qoyulmasının aradan qaldırılması tələbi ilə keçirilir.
200-ə yaxın dindar nazirliyin qarşısına toplaşaraq “Hicaba azadlıq!”, “İslama azadlıq!”, “Sionistlərə lənət olsun!” şüarlarını səsləndiriblər.
Lakin təxminən 150 nəfərdən ibarət polis qüvvələri aksiyanı dağıtmağa başlayıb. Buna cavab olaraq polislərə daş və taxta parçaları atıblar. Bir neçə nəfər saxlanılıb. Hər iki tərəfdən zərər çəkən var.
Həmçinin paytaxt polisinin rəis müavini Səhlab Bağırov da zərər çəkib, onun başı yarılıb.
Ayrı-ayrı dindar qrupları hələ də etiraz aksiyasını davam etdirirlər və polisə müqavimət göstərirlər. Hicaba qadağa 2010-cu ilin dekabrında qoyulub. 2011-ci ilin mayında da Təhsil Nazirliyinin qarşısında belə aksiya keçirilib.—26C--
https://www.youtube.com/v/epJnDLsKI6g?version=3&hl=ru_RU
-
- İqtisadiyyat
- 5 Oktyabr 2012 12:57
-
- Analitika
- 5 Oktyabr 2012 13:19
Siyasət
-
Yanvarın 6-da Fransa prezidenti Emmanuel Makron səfirlərin konfransında çıxış edərək, Rusiyanın Ermənistanla «müttəfiqlik münasibətlərini dəyişdiyini» və «Dağlıq Qarabağda Azərbaycanı dəstəklədiyini» bildirib.
-
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ictimai fəal Nicat İbrahimin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
-
Həbsdə olan hüquq müdafiəçisi Rüfət Səfərovun anası Tahirə Tahirqızı yanvarın 6-da şahid qismində ifadə vermək üçün Bakı Şəhər Baş Polis İdarəsinə istintaqa çağırılıb. Ancaq o, ifadə verməkdən imtina edib. Bu barədə Turan-a Tahirqızı özü bildirib.
-
Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində 16 min 174 namizəd qeydiyyata alınıb. Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bugünkü iclasda bildirib.
Rəy yaz