Joint Leasing Company səhmlərin nominalını artırmaqla nizamnamə kapitalını artırır
"Joint Leasing Company" QSC nizamnamə kapitalını 560 min manat və ya 80% artıraraq 1,26 mln manata çatdırır.
Kapitallaşma 3,5 min adi sənədsiz adlı səhmin nominalının 200 manatdan 360 manata artırılması hesabına olacaq.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi məlumat verir ki, səhm konvertasiyası prospekti çərşənbə günü dövlət qeydiyyatına alınıb.
Xatırladaq ki, bu il aprelin əvvəlində şirkətin nominalı 200 manat olan 3,5 min adi sənədsiz adlı səhmin emissiyası qeydiyyata alınıb. Yerləşdirmədən sonra Joint Leasing Company-nin nizamnamə kapitalı 1,4 milyon manata yüksələcək.
Joint Lizinq Company 14 iyun 2007-ci ildən Azərlizing-in hüquqi varisi kimi yaradılıb. Təsisçiləri Britaniyanın Dolphin Leasing (52,3%) şirkəti və Azərbaycan Beynəlxalq Bankıdır (47,6%). --15B--
-
- İqtisadiyyat
- 1 Avqust 2013 16:17
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz