Joint Leasing-in lizinq portfeli 7 ayda 13,5% genişlənib
"Joint Leasing Company" lizinq şirkətinin lizinq portfeli 1 avqust üçün 35 mln manat olub. İlin əvvəli ilə müqayisədə o, 4,2 mln manat və ya 13,5% genişlənib.
Şirkətdən verilən məlumata görə, hesabat dövründə şirkətin nizamnamə kapitalı dəyişməyib və 700 min manat təşkil edib.
Joint Leasing Company 14 iyun 2007-ci ildən Azərlizing-in hüquqi varisi kimi yaradılıb. Təsisçiləri Britaniyanın Dolphin Leasing (52,3%) şirkəti və Azərbaycan Beynəlxalq Bankıdır. --15B--
İqtisadiyyat
-
Azərbaycan Prezidenti İlham Əliyev 1 yanvar 2025-ci ildən etibarən əmək pensiyalarının indeksləşdirilməsi ilə pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə sərəncam imzalayıb.
-
İtaliya hökuməti, bir sıra strateji aktivlərin satışı üzrə beynəlxalq tenderdə müraciətlərin qəbulunu 14 fevral tarixinə qədər uzatdığını açıqlayaraq, Azərbaycanın namizədinin hələ də favoritlər arasında olduğunu təsdiqləyib.
-
İqtisadi Araşdırmalar Mərkəzinin İdarə Heyətinin sədri Qalib Toğrulun araşdırması, Azərbaycan rayonları Ağdam, Füzuli və Xocavənddə bərpa layihələri ilə bağlı büdcə xərclərinə diqqət yetirir. Araşdırmada Ermənistan işğalından azad edilmiş ərazilərdə həyata keçirilən dövlət sifarişli tikinti və infrastruktur layihələri araşdırılıb.
-
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov fevralın 4-də Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycandakı missiyasının rəhbəri Anna Bordo başda olmaqla BVF nümayəndə heyəti ilə görüş keçirib. Görüşdə iqtisadi əməkdaşlıq, maliyyə sektorundakı çətinliklər və struktur islahatları müzakirə edilib, nazirlik bildirib.
Rəy yaz