- İqtisadiyyat
- 29 Oktyabr 2015, 13:36
- 141
Kanada şirkəti "Muradxanlı-Cəfərli-Zərdab" quru neft yataqlarını işləyəcək
Kanadanın "Zenith Energy" şirkəti "Muradxanlı-Cəfərli-Zərdab" quru neft yataqlarını işləyəcək.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev jurnalistlərə bildirib ki, müqavilə demək olar hazırdır: "Azərbaycan tərəfi müqavilənin imzalanması üçün icazəni verib. Hazırda sazişin qalan detalları işlənir. Bu blok çox mürəkkəbdir. Müəyyən texniki problmlər var. Texniki heyət onların üzərində işləyir», - deyə o qeyd edib. --17D—
İqtisadiyyat
-
Şimali Makedoniya Prezidenti Gordana Silyanovska-Davkova Bakıya səfəri çərçivəsində Azərbaycan Dövlət Neft Şirkəti SOCAR və Şimali Makedoniyanın ECM şirkəti cümə axşamı əməkdaşlıq haqqında memorandum imzaladılar, Turan-a məlumatlı mənbə bildirdi.
-
Bugünlərdə Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində "Pambıqdan geyimə dəyər zəncirinin karbonsuzlaşdırılması və iqlimə uyğunlaşdırılması" mövzusunda müzakirələr keçirilib. Orada digər məsələlərlə yanaşı, Azərbaycanda pambıqçılığın vəziyyəti də müzakirə olunub.
-
Azərbaycan, inkişaf edən və inkişaf etmiş ölkələrdən, habelə azı 10 ölkənin dövlət və özəl sektor nümayəndələrindən, ümumi büdcəsi 1 milyard ABŞ dolları olan İqlim Maliyyə Fəaliyyət Fondu (CFAF) üzrə səhmdar kimi iştirakla bağlı əhəmiyyətli maraq cəlb edib. CFAF Azərbaycanın COP29-da təqdim etdiyi 14 əsas təşəbbüsdən biridir, bunu Azərbaycan Respublikasının COP29 üzrə baş danışıqlar aparıcısı və xarici işlər nazirinin müavini Yalçın Rəfiyev çərşənbə axşamı mətbuat konfransında bildirib.
-
Azərbaycan hökuməti OPEC Fonduna bir sıra bərpa olunan enerji layihələrinin, o cümlədən dəniz külək enerjisinin inkişafı, "yaşıl enerji dəhlizi" təşəbbüsləri və SOCAR-ın Birləşmiş Ərəb Əmirliklərindən Masdar şirkəti ilə birgə həyata keçirməyi planlaşdırdığı 1 QVt gücündə layihənin maliyyələşdirilməsində iştirak etməyi təklif edib.
Rəy yaz