Kapitalı yetərli olmayan sığorta şirkətlər sıxışdırılmayacaq
Azərbaycanda sığorta şirkətlərinin kapitallaşma səviyyəsi 270 mln manatdır, deyə Dövlət Sığorta Nəzarəti Xidmətinin rəhbəri Namiq Xəlilov TURAN-a bildirib. Bu, bir il öncəkindən 17% çoxdur. Ötən il bu göstərici 230,7 mln olub. Sığorta və təkrarsığorta şirkətlərinin kapitalına minimal tələb artırıldığı üçün bu proses möhkəmlənəcək.
Onun sözlərinə görə, sığorta və təkrarsığorta şirkətlərinin lisenziyalaşdırılması ayrılıb.
Bu şirkətlər təkrarsığorta ilə də məşğul olmaq üçün ayrıca lisenziya almalıdırlar. Bununla əlaqədar sığorta şirkətləri üçün şərtlərdən biri əlavə kapitaldır və bu həcm indi 2,5 mln manat, 1 yanvar 2015-ci ildən 5 mln manat olmalıdır.
Sığorta şirkətlərinin bir qisminin kapital problemi var. Dövlət Sığorta Nəzarəti Xidməti onların olmasını sığorta bazarının inkişafı üçün əngəl saymır. --17D—
-
- Söz istəyirəm
- 14 Fevral 2014 15:23
-
- Cəmiyyət
- 14 Fevral 2014 16:00
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz