KASKO-nun rentabelliliyi üçün akuarilər cəlb ediləcək
Avtomobillərin könüllü sığortasında sığorta haqları ildən-ilə azalır. Artıq bu gün bununla bağlı Dövlət Sığorta Nəzarəti Xidməti, Azərbaycan Sığortaçılar Assosasiyası Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətlərinin aktuariləri ilə birgə müzakirələr aparıb.
Tədbirin təşkilatıları hesab edir ki, dəqiq riyazi hesablamalar KASKO-nu maksimal rentabelliliyə çatdıra, bu növə marağı artıra bilər. «Görüşdə avtosığorta zamanı aktuari hesablamaları üzrə təlimatlara dəqiq əməl edilməsi zərurəti vurğulanıb», - Azərbaycan Sığortaçılar Assosasiyasının press-relizində bildirilir.
“Bu, sığorta tarifinin orta səviyyəsini azaldar, nətcədə bu seqmentin rəqabət qabiliyyəti artar”. Ekspertlər hesab edir ki, AMB təkrar bazarda avtomobil alınmasına kredit verilməsinə icazə verməsə, KASKO-nun rentabelliliyi tam həllini tapmayacaq. --17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz