КАСКО sığortada azalma davam edir
Azərbaycan sığortaçıları noyabrın 1-i üçün avtomobillərin КАСКО sığortası üzrə 24,7 mln manat (ötən ilin eyni dövrü ilə müqayisədə mənfi 22,1%) sığorta haqqı toplayıb.
Azərbaycan Sığortaçılar Assosiasiyasının mətbuat katibi Vəfa Rüstəmova bildirib ki, Azərbaycan Sığortaçılar Assosiasiyası noyabrın 20-də KASKO tariflərinin hesablanması məsələsinin müzakirəsi məqsədilə sığorta şirkətlərinin nümayəndələri ilə növbəti görüş keçirəcək.
Tədbirdə zərərlilikdən asılı olaraq sığorta tariflərinin hesablanmasına keçid məsələsi müzakirə olunacaq. Bu gün bazarda rəqabətə davamlı olmaq, müştəri cəlb etmək üçün sığorta şirkətinin tarifləri aşağı salması halları müşahidə olunur. Bundan başqa, ötən il bu növdə azalma avtomobil kreditlərinin azalması ilə bağlı idi. Bu il ölkədə avtombil satışının azalmasından doğur. Mükafatlarla yanaşı sığorta ödənişləri də azalaraq 20,3 mln manat (mənfi 13,7%) təşkil edib. Səbəb müqavilə sayının azalmasıdır.
Artıq neçənci ildir ki, bir vaxtlar populyar olan КАСКО başqa növlərin təzyiqinə davam gətirmir. Ötən il bu növ üzrə sığorta haqları 2013-cü ildəkindən üçdə bir az idi. --17D—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz