Açiq mənbələrdən foto.
Keçmiş diplomat özəl biznesə keçib
Bakı/16.09.21/Turan: Azərbaycanın Belarusdakı keçmiş səfiri Lətif Qəndilov "Oğuz" çoxsahəli istehsal və xidmət istiqamətli müəssisəyə direktor təyin edilib.
Dövlət Vergi Xidmətinin dünən yaydığı məlumata görə, şirkətin reyestr məlumatlarına dəyişiklik iyulun 22-də edilib. Şirkətin hüquqi ünvanı: Bakı, Dilarə Əliyeva küçəsi, 215.
“Oğuz” müəssisəsi 1994-cü ildə qeydiyyata alınıb. Şirkətin fəaliyyəti və sahibkarları barədə açıq məlumat yoxdur.
Lətif Qəndilov 1995-c ildən Xarici İşlər Nazirliyində işləyir. Azərbaycanın Belarusdakı Fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən iyunun 16-da geri çağırılıb. Bir həftə sonra o artıq Bakıda özəl biznesdə işə düzəlib. 08B
-
- İqtisadiyyat
- 16 Sentyabr 2021 11:18
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz