Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əlavə 25,7 mln manat subsidiya ayrılıb
Avqustun 12-də kənd təsərrüfatı nazirinin müavini İlham Quliyevin sədrliyi ilə kənd təsərrüfatı subsidiyaları üzrə Respublika Komissiyasının iclasında 27 rayonda 180,8 min kənd təsərrüfatı məhsullarının istehsalçısına 25 mln 785,6 min manat ayırmaq qərara alınıb.
Subsidiyalar hər hektar əkin sahəsinin becərilməsində istifadə edilən yanacaq və motor yağlarına görə 40 manat məbləğində verilir. Bu il ikinci dəfə belə qərar verilir. Bu dəfə komissiya 651 092,8 ha üçün vəsait ayırıb. Keçən dəfə (24 iyul) 203 min istehsalçı 651 092,8 ha üçün 26 mln 43,7 min manat subsidiya alıb.
Bu subsidiyalar 2007-ci ildə yanacaq-sürtkü materialları bahalanandan verilir. Hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 40 manat yardım edilir. Dövlət buğda və düyü istehsalını təşviq edib hər hektar üçün əlavə 40 manat ayırır.
Bu il dövlət büdcəsindən 131 mın manat kənd təsərrüfatı subsidiyaları ayrılıb. Prosesin şəffaflığı üçün Kənd Təsərrüfatı Nazirliyi 2013-cü ilin dekabrından subsidiya alanların adını interner resursunda (www.agro.gov.az) yerləşdirir. 08D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz