Kənd təsərrüfatı məhsullarının ixracı 22% artıb
Bu ilin on ayında Azərbaycan 311,6 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulları ixrac edib. Bu, ötən ilin müvafiq dövründəkindən 22,3 çoxdur, deyə Kənd Təsərrüfatı Nazirliyi bildirir.
Deyilən dövrdə 146,3 min ton tərəvəz ixrac edilib. Bu, ötən ilin on ayındakından 33,4% çoxdur. Tərəvəz ixracından $112 mln (+38,9%) əldə edilib.
Ölkədən xaricə 117,7 min ton meyvə satılıb. Bu, ötən ilin müvafiq dövründəkindən 25,7% çoxdur. Bir ton meyvə $1348,9-a ixrac edilib. Bu, ötən ilin eyni dövründəkindən $163 ucuzdur.
Tütün xammalı ixracı dəyişməyib və 1 666,3 ton təşkil edib. Bir ton tütün $3863-a satılır. Ona görə gəlir həcmi ($6 mln 438 min) dəyişməyib.
Azərbaycan hökuməti kənd təsərrüfatı sektoruna qarşıdakı illərdə valyuta gəlirləri mənbəyi kimi baxır. Ona görə aqrar sektor 2017-ci ildən intensiv metodlarla inkişaf edəcək. 08D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz