Kənd təsərrüfatı məhsullarının qiymətləri ucuzlaşmır
Kənd Təsərrüfatı Nazirliyi Rusiyanın Moskva, Sankt-Peterburq və digər regionlarında milli kənd təsərrüfatı mərkəzləri yaratmağı planlaşdırır, deyə kənd təsərrüfatı naziri Heydər Əsədov “Rossiyskaya qazeta” nəşrinə müsahibəsində bildirib (http://www.rg.ru/2015/06/30/azerbaijan.html),
Demək, perspektivdə kənd təsərrüfatı məhsullarının qiymətləri ucuzlaşmayacaq.
Belə ki, mövsümün sonunda albalı 2 manat (ötən il 80 qəpik), ərik 2,5 – 3,5 manat (1-1,5 manat) olub. Bu isə bu məhsulların MDB ölkələrinə, xüsusilə RF-ə ixracı ilə bağlıdır.
Nazirin sözlərinə görə, hökumət şimal qonşu ilə uzunmüddətli sazişə üstünlük verir. «RF-nin müvafiq dövlət strukturları ilə fəal əməkdaşlıq qurulub. Rusiya istehlakçılarına təzə və emal edilən meyvə-tərəvəz məhsulları, üzüm şərabları ilə yanaşı, heyvandarlıq məhsullarının geniş çeşidi də təklif olunacaq. İlk növbədə, quş əti və yumurta tədürükünü genişləndirmək nəzərdə tutulub”, - deyə o qeyd edib. H.Əsədov deyib ki, iqtisadiyyatın diversifikasiyası üzrə dövlət strategiyasının ən mühüm komponenti kimi xüsusilə aqrar məhsulların həcmi və çeşidini, xarici bazarlarda onun rəqabətə davamlılığını artırmaq hesabına qeyri-neft ixrac strukturunun optimallaşdırılması müəyyən edilib. --17D—
-
- Siyasət
- 1 İyul 2015 15:28
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz