Kənd Təsərrüfatı Nazirliyi fermerlərə qrant ayıracaq
Kənd Təsərrüfatı Nazirliyi “Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi” layihəsi çərçivəsində aqrobiznes dəyər zəncirlərinə qrant ayıracaq. Məqsəd “tarladan süfrəyə” prinsipli dəyər zəncirlərinin yaradılmasıdır, deyə qurumun mətbuat xidməti bildirir.
Qrantlar istehsalçı, emalçı və tədarükçüləri bir araya gətirməklə mövcud zəncirin hər hansı halqasında yaranmış problemi aradan qaldırmağa xidmət edəcək.
Dəyər zəncirlərinin formalaşdırılması prosesi 6 ay əvvə başlayıb: ölkə üzrə məlumatlandırma kampaniyası aparılıb, dəyər zənciri yarada biləcək fermer və sahibkarlara layihə hazırlamaqda yardım göstərilib. Cəmi 20 layihə seçilib. Qrantlar ayrı-ayrı fərdlər, sahibkarlar deyil, bütöv bir dəyər zənciri üzrə veriləcək. Bir qrantın maksimal məbləği bir dəyər zənciri üzrə 500 min ABŞ dollarıdır.
“Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi” 2014-cü ilin iyununda Dünya Bankı ilə Azərbaycan hökuməti arasında bağlanıb. Layihə Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti tərəfindən həyata keçirilir. Son 12 ayda layihə çərçivəsində 51 sahibkara 11 milyon manatdan artıq kredit ayrılıb. 08D
-
- Cəmiyyət
- 12 Dekabr 2016 10:23
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz