Korporativ bazarda 58,6% azalma
2012-ci ilin I yarısında Milli Depozit Mərkəzində korporativ qiymətli kağızların dövriyyəsi nominalla 229,2 mln manat olub. Bu, 2011-ci ilin eyni dövründəkindən 323,5 mln manat və ya 58,6% azdır. Azalma əsasən ilkin bazardakı tənəzzül ilə bağlıdır. Amma QK-ın təkrar bazarında da vəziyyət yaxşı deyil.
MDM-in məlumatına görə, KQK-ın birja dövriyyəsi 85,9 mln manat olub. Bu, 2011-ci ilin eyni dövründəkindən 42,6% azdır. Yerləşdirilən KQK həcmi ötən ilin eyni dövründəkindən 89,8 mln manat və ya 77,5% az olub.
Bu fonda KQK-ın alqı-satqısı üzrə birjadankənar əməliyyatlar yüksək artım tempi göstərir. Əgər 2010-cu ilin yanvar-iyununda birjadankənar əməliyyat həcmi 10,4 mln manat olubsa, sonrakı illərin bu dövründə bu göstərici 15,5 mln və 53,5 mln manat təşkil edib. Birjadankənar əqd sayı il ərzində 44% artaraq 373 olub. Birjadankənar əqdlərdə KQK-ın alqı-satqısı üzrə MDM tarifləri birjadan iki dəfə yüksəkdir. Birjadankənar platformada əqd predmeti QK-ın iri paketləridir. Onların açıqlanmasında insayderlər maraqlı deyil. 08B
-
- Siyasət
- 7 İyul 2012 13:38
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz