Potensial investorlara Gəncə Qənnadi fabrikinin səhm nəzarət paketini əldə etmək üçün bir şans da verilib
Əmlak Məsələləri Dövlət Komitəsi “Gəncə-Qənnadı” Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin 30,03%-nin satışı üzrə investisiya müsabiqəsi elan edib. Bu dəfə investorlardan dövlət büdcəsinə 50 min manat bonus ödəmək tələb olunur.
İddiaçılar qənnadı məmulatı və başqa məhsulların istehsalı üzrə investisiya təklifi etməlidirlər. Təkliflər 30 iyula kimi qəbul edilir.
İnvestisiya layihəsindən başqa, iddiaçılar ƏMDK-yə dövlət büdcəsinə 550 000 manat ödəmək təklifi etməlidirlər.
İnvestorlara nominal qiyməti 1587 852 olan 793 926 səhm təklif edilir. Bu səhmlər əvvəllər nominal qiymətin 50%-ə hərraca çıxarılıb. İndi investorlardan nominal qiymətin 31,4%-i tələb olunur.
“Gəncə Qənnadı” ASC 1973-cü ildə istismara verilib. Orada 85 işçi var. SC-nin jnizamnamə kapitalı 5 288,2 min manatdır.
1 iyun 2012-ci il üçün “Gəncə Qənnadı” ASC-nin öhdəlikləri 452,3 min manatdır. Bunun 107,4 mini əmək haqqı borcudur. Müəssisəyə 122,2 min manat borc var. 08D
-
- Cəmiyyət
- 7 İyul 2012 13:18
-
- İqtisadiyyat
- 7 İyul 2012 13:32
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz