Korporativ qiymətli kağızlar bazarında iki dəfə artım
2013-cü ilin yanvar-avqustunda Bakı Fond Birjasında bütün alətlər üzrə birja əqdlərinin ümumi dövriyyəsi 4559,24 mln manat təşkil edib. Bu, ötən ilin eyni dövründəkindən 39,6% azdır. Avqustda birja dövriyyəsi 972,69 mln manat olub.
BFB-nin məlumatına görə, hesabat dövründə bütün əqdlərin 82,8%-i dövlət qiymətli kağızlarının payına düşüb.
Birja satışlarının həcminin azalması 52,7% azalan dövlət kağızları bazarının hesabına olub. Notların ilkin bazarında əqd dövriyyəsi 3,3 dəfə, repo əməliyyatların həcmi 46,5% azalıb.
Korporativ qiymətli kağızlar bazarında 2 dəfə artım olub. İstiqrazların ilkin yerləşdirilməsi həcmi hesabat dövründə 2,2 dəfə, onlarla təkrar əməliyyat həcmi 76,8% artıb. İlkin səhm bazarında 2,2 dəfə, təkrar bazarda 2,3 artım olub. --15D--
-
- İqtisadiyyat
- 5 Sentyabr 2013 13:48
-
- İqtisadiyyat
- 5 Sentyabr 2013 14:09
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz