Qeyri-leqal işçi «ovu» davam edir
Vergilər Nazirliyi avqustda 695 nəfərin əmək müqaviləsi bağlanmadan işə cəlb edildiyini aşkarlayıb. İlin əvvəlindən operativ nəzarət tədbirləri zamanı 6249 qeyri-leqal işçi müəyyən edilib.
Vergilər Nazirliyinin analizi göstərir ki, kiçik sahibkarlıq subyektləri fiziki şəxsləri muzdla işə qəbul edərkən əmək qanunvericiliyini pozurlar. Avqustda 437, ilin əvvəlindən 3 722 vergi ödəyicisində belə fakt aşkarlanıb.
Bu ilin iyulunda Turan “Gilan Tekstil Parkı” şirkətində 1000 işçinin işə qəbul edildiyini yazmışdı. Şirkətdə bildirirlər ki, Sumqayıtdakı müəssisədə 600 nəfər çalışır. Onların çoxu ilə müqavilə bağlanmayıb. Vergilər Nazirliyi bu yazıya reaksiya vermədi, çünki müəssisə FHN rəhbəri Kəmaləddin Heydərovun ailəsinə məxsusdur. 08B
-
- İqtisadiyyat
- 5 Sentyabr 2013 13:41
-
- İqtisadiyyat
- 5 Sentyabr 2013 14:03
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz