KPMG Azerbaijan Limited "Azərpoct"un auditoru oldu
"Azərpoçt" MMC-nin kənar auditoru məlum olub. Bu, KPMG Azerbaijan Limited şirkətidir. O, rəqibi Moore Stephens Azerbaijan Limited şirkətinə qalib gəlib.
Qalib tenderə xidmət üçün 68 min 284,9 manat təklif edib – bu, rəqibin təklifindən 24 min azdır.
Şərtlərə əsasən, KPMG Azerbaijan Limited 2011-12-ci illər üçün "Azərpoct"un fəaliyyətinin auditini keçirəcək. Audit 4 aya keçiriləcək. Ödəniş İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin qrantı hesabına ödəniləcək.
Dünya Bankı 2011-ci ilin martında “Kapital bazarının modernləşdirilməsi” layihəsi üçün Azərbaycana $12 mln kredit ayırıb. Layihənin ümumi qiyməti $15,8 mln-dur. DB-nin kreditindən başqa SECO $1,6 mln, Azərbaycan hökuməti $2,2 mln ayırıb. "Azərpoçt" 1999-cu ildə yaradılıb, 15 avqust 2009-cu ildə MMC "Azərpoçt" MMC-yə çevrilib. --17D-
-
- İqtisadiyyat
- 2 Sentyabr 2013 14:40
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz