Leqal əmək miqrantlarının sayı artır
2015-ci il iyunun 1-i üçün Azərbaycanda işləyən 24,393 min əcnəbi vətəndaş Dövlət Sosial Müdafiə Fonduna (DSMF) icbari sosial sığorta ayırmaları həyata keçirir. Bu, ilin əvvəlindəkindən 8,3% çoxdur.
DSMF-in məlumatında deyilir ki, dövlət sosial sığorta sistemində fərdi hesabı olan əcnəbilərin 88,75%-i kişilər, 11,25%-i isə qadınlar təşkil edir.
Hazırda 104 ölkənin vətəndaşları DSMF-də qeydiyyata alınıb. Bu şəxslər üçün fərdi sosial sığorta hesabları açılıb və onların icbari dövlət sosial sığorta ödənişləri bu hesablara yığılır.
Daha çox leqal əmək miqrantı Türkiyə (12,702 min nəfər), Gürcüstan (2,699 min nəfər) və Rusiyadandır (1,403 min nəfər).
Ardınca İran (924), Çin (808), Hindistan (758), Pakistan (491), Böyük Britaniya (410), Banqladeş (308), Ukrayna (307) gəlir.
Azərbaycanda 2006-cı ildən respublikada işləyən əcnəbi vətəndaşların icbari sosial sığorta üzrə ödənişlərə cəlb olunması prosesinə başlayıb. --17D—
-
- Siyasət
- 10 İyun 2015 16:55
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz