Maliyyə Nazirliyi büdcə təşkilatları üçün beynəlxalq mühasibat uçotu üzrə təlimlərə başlayır
Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi Korporativ və Büdcə Sektorunda Hesabatlılıq Layihəsi (CAPSAP) çərçivəsində dövlət büdcəsindən maliyyələşən təşkilatların mütəxəssisləri üçün “Beynəlxalq mühasibat uçotunun əsasları” və “Yeni maliyyə hesabatlarının hazırlanması” üzrə təlimlərin keçirilməsinə başlayır.
Nazirliyin məlumatında deyilir ki, sentyabr ayının 17-dən start götürəcək təlimlərə yerli və beynəlxalq təlimçilər cəlb edilib. Bir neçə mərhələdən ibarət olan təlim proqramı mühasibat uçotu sahəsində ən mötəbər beynəlxalq institutların təlim proqramı əsasında milli qanunvericilik nəzərə alınmaqla hazırlanıb.
Mərkəz mühasibat uçotu sektorunda peşəkar mütəxəssislərin hazırlanması və onların davamlı təhsil konsepsiyasını təmin etmək məqsədilə kommersiya təşkilatları, eləcə də peşəkar karyeralarını qurmaq və potensiallarını tam olaraq reallaşdırmaq istəyən şəxslər üçün beynəlxalq və milli mühasibat uçotu sahəsində ödənişli əsaslarla təlimlərin keçirilməsini nəzərdə tutur. --15D--
-
- Siyasət
- 14 Sentyabr 2012 14:06
-
- İqtisadiyyat
- 14 Sentyabr 2012 14:20
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz