Maliyyə Nazirliyi üç aylıq istiqrazlar təklif edir
Maliyyə Nazirliyi dekabrın 13-də 10 mln manatlıq istiqrazların yerləşdirilməsi üzrə hərrac keçirəcək. İstiqrazların tədavül müddəti 91 gündür.
Sonuncu dəfə Maliyyə Nazirliyi investorlara üç aylıq istiqrazları noyabrın 1-də təklif edib. O vaxt nominalı 100 manat olan istiqrazlar 95 manat 66 qəpik qiymətinə və ya illik 18,44% gəlirliliklə yerləşdirilib.
Hökumət DQİ-yə dövlət büdcəsinin kəsirinin ödənilməsi, eləcə də bankların manat likvidliyinin azaldılması aləti kimi baxır. 08D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz