Maliyyə Nazirliyinin müdaxiləsindən sonra sığortaçılar 355 min manat ödəniş edib
Maliyyə Nazirliyinin ləğv edilən Dövlət Sığorta Nəzarəti Xidməti son müstəqil hesabatını açıqlayıb.
Ötən il sığortaçıların 355 min manat ödənişdən imtina etdiyi müəyyən olunub. Şikayətlər öyrəniləndən sonra şirkətlər onları tam ödəyib.
Bundan başqa, bir təkrarsığorta, 1 broker və 9 sığorta şirkətinin fəaliyyəti yoxlanılıb. Aşkarlanan nöqsanlarla bağlı 3,7 mln manat cərimə təyin edilib.
Ötən il Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin şəxsində 3 hüquqi və 84 fiziki şəxsə lisenziya verib.
Dövlət başçısının sərəncamı ilə Dövlət Sığorta Nəzarəti Xidmətinin funksiyaları Maliyyə Bazarlarına Nəzarət Palatasına verilib. --17D—
-
- Cəmiyyət
- 16 Mart 2016 14:54
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz