Nəqliyyat layihələri 2016-cı ildə hökumətin investisiya siyasətində prioritetdir
Bu il nəqliyyat layihələrinin reallaşması üçün dövlət büdcəsindən 367,3 mln. manat investisiya ayrılacaq. Bu barədə “Milli Büdcə Qrupu” QHT koalisiyasının üzvü Rövşən Ağayev bildirib.
Onun sözlərinə görə, “Azəravtoyol” ASC avtomobil yollarının və körpülərin tikintisinə görə birbaşa 122,1 mln. manat alacaq. “Azərbaycan dəmir yolları” ASC-nin infrastrukturunun yenidən qurulmasına 175,2 mln. manat ayrılıb.
Nəqliyyat Nazirliyi Ələt qəsəbəsində yeni beynəlxalq dəniz limanının inşasının davam etdirilməsinə görə daha 70 mln. manat alacaq.
R.Ağayev hesablayıb ki, 2008-2015-ci illərdə Nəqliyyat Nazirliyi bu layihə çərçivəsində dövlət büdcəsindən 548 mln. manat alıb.
Qeyd edək ki, bu il dövlət büdcəsindən investisiya layihələrinə 3 mlrd. manat və ya büdcə xərclərinin 16%-nin ayrılması planlaşdırılır. Vəsaitin üçdə bir hissəsi “Cənub” qaz dəhlizinin inşasının maliyyələşdirilməsinə yönəlib. Həmin vəsaitin ayrı-ayrı layihələr üzrə bölüşdürülməsi Nazirlər Kabinetinin xüsusi sərəncamı ilə həyata keçirilir ki, bu da ictimaiyyətdən gizlədilir.08D
-
- İqtisadiyyat
- 16 Mart 2016 16:04
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz