SKMF Xaçmaz rayonu üçün layihələr tövsiyə edir
Xaçmaz rayonunda Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) xəttilə maliyyələşdiriləcək prioritet sahələr müəyyən edilib.
SKMF Xaçmazda ixtisaslaşdırılmış "yaşıl market"in, intensiv bağçılıq təsərrüfatının, heyvandarlıq müəssisəsinin, süd emalı və şirniyyat istehsalı müəssisələrinin yaradılması üzrə investisiya layihələrinin maliyyələşdirilməsini məqsədəuyğun hesab edir.
Sahibkarlar fonda müraciət edərək müvafiq məsləhətlər ala bilərlər. Onların istəyinə əsasən, SKMF layihənin dəyərinin 100%-dək həcmində kredit ayıra bilər, - deyə məlumatda qeyd edilir.
2015-ci ildə fondun xətti ilə sahibkarlara 248,5 mln manat məbləğində güzəştli kredit verilib. 2016-cı ildə bu məbləğ 250 mln manat təşkil edəcək.--17D—
-
- Cəmiyyət
- 16 Mart 2016 16:45
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz