Maliyyə sektorunda stabilləşmə meylləri müşahidə olunur – MBNP rəhbəri
Aparılmış restrukturizasiya tədbirləri nəticəsində bank sektorunda stabilləşmə meylləri müşahidə olunur, deyə Maliyyə Bazarlarına Nəzarət Palatası Direktorlar Şurasının sədri Rüfət Aslanlı Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə missiyasının rəhbəri Məhəmməd əl-Qorçi ilə görüşündə bildirib.
MBNP rəhbəri sığorta sektorunda əsas risklərin müəyyən edilməsi və onların aradan qaldırılması istiqamətində hazırlanmış tədbirlər planının mərhələli şəkildə icra edildiyi barədə məlumat verib.
R. Aslanlı maliyyə sektorunun dayanıqlığının artırılması istiqamətində BVF-nin Palataya verdiyi dəstəyi və tövsiyələri yüksək dəyərləndirdiyini bildirib.
Məhəmməd əl-Qorçi qeyd edib ki, Beynəlxalq Valyuta Fondu ölkənin bank və sığorta sahəsində həyata keçirilən tədbirləri dəstəklədiyini və bu addımların maliyyə sektoruna mühüm töhfələr verəcəyinə əminliyini bildirib. 08D
-
- Cəmiyyət
- 1 Mart 2017 11:14
-
- İqtisadiyyat
- 1 Mart 2017 11:50
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz