Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi açıqlanıb
Maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi açıqlanıb.
Sənədə əsasən, əsas məqsəd dinamik və sağlam institutlardan ibarət maliyyə sisteminin formalaşdırılması, maliyyə bazarlarının inkişafı, infrastrukturun gücləndirilməsi, tənzimləmə və nəzarət mexanizminin təkmilləşdirilməsi, maliyyə savadlılığının yüksəldilməsidir.
Turan ekspertlərinin fikrincə, belə səndələr əvvəllər də səsləndirilib. Amma bu, strategiya yox, taktikadır. Bundan başqa,sağlam maliyyə sistemi sağlam real iqtisadiyyatda olur. Azərbaycanın əmtəə dövriyyəsi isə karbohidrogen ixracından asılıdır. Bütün banklar xarici valyuta çatışmazlığı ilə üzləşib. Ölkədə valyuta “qara bazarı” formalaşıb.
Hökumət çətin vəziyyətlı bağlı xarici şok effektindən danışır. «Artan risklər fonunda bəzi maliyyə institutlarının dayanıqlı və uzunmüddətli hədəflərə fokuslanmış biznes modeli və strategiyasının olmaması, habelə bəsit risk idarəetməsi maliyyə sisteminin yeni iqtisadi konyunktura və bazar şərtlərinə uyğunlaşmasını çətinləşdirmiş və maliyyə vasitəçiliyini məhdudlaşdırmışdır», - deyə sənəddə bildirilir.
Hökumət yol xəritəsinin həyata keçirilməsinə 115 mln manat istəyir. Bu, 2020-ci ilədək ÜDM-i 750 mln manat artırmalıdır. --17D—
-
- Cəmiyyət
- 15 Dekabr 2016 13:10
-
- İqtisadiyyat
- 15 Dekabr 2016 13:29
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz