Manat taleyi əlverişsiz ssenari ilə inkişaf edir
Bank of America hesab edir ki, Azərbaycan yaxın vaxtlarda manatın dollara bağlanmasından imtina etməli, ya onu 30% - 35% devalvasiya etməli, ya da RF və Qazaxıstana baxıb üzən məzənnəyə keçməlidir.
Manat möhkəm qaldı (fevral devalvasiyası sayılmazsa), amma bu, ölkəyə baha başa gəldi.
Forexpf.ru-ya görə, Bank of America qeyd edir ki, Azərbaycan manatın məzənnəsini qorumaq üçün ehtiyatlarının 25%-i xərcləyib. Neft ucuzlaşmaqda davam etdiyi üçün bu siyasətin davam etdirilməsi realist deyil.
Son il yarımda Brent nefti 2,6 dəfə ucuzlaşaraq barreli $43 olub. Bu, 2009-cu ilin martından ən pis göstrəricidir.
Bu ilin aprelində, 35% devalvasiyadan sonra Qubad İbadoğlu Turan-a bildirib ki, ARDNF-nin gəlirlilik probleiminin həllinin iki yolu var. Ya neftin orta qiyməti $75 olmalıdır ki, itkiləri kompensasiya etsin. Ya da devalvasiya edilməli - 100 dollar 150 manat olmalıdır. Bu, daha optimal yanaşmadır, ona görə əhali artıq 50%-lik devalvasiya dalğasına hazır olmalıdır.
Hökumətin əlavə maliyyə mənbəyi olmadığı üçün AMB rəhbərinin dilindən yeni devalvasiya barədə məlumat verilməlidir. —0—
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz