Mart ayinda inşaat materiallarinin qiyməti 1,4% artib
İnşaat materialları bazarında aparılmış monitorinqin nəticələrinə görə, mart ayında qiymətlər orta hesabla-1,4% artıb. Mövsümlə əlaqədar olaraq bazarda nisbi aktivlik müşahidə edilmişdir. Qiyməti bahalaşan inşaat materiallarına şifer-3,4%, dəmir təbəqələr- 2,8%, taxta-2,1%, DSP-3,4%, qum-çınqıl-4,5%, plasmas borular-3,5% aid etmək olar. Ay ərzində adi şüşə-1,5%, şveller isə-3,1% ucuzlaşmışdır. Mart ayı ərzində yerli istehsalın bazardakı payı-52% dən bir qədər çox olmuşdur.
Ekspertlər mart ayı ərzində qiymətlərin qalxmasını əsasən idxal olunan məhsulların bahalaşması ilə əlaqələndirirlər. Eyni zamanda mövsümlə əlaqədar olaraq aktivliyin nisbi artmasıda bazardakı süni bahalaşmaya təkan vermişdir. Ümumiyyətlə isə İnşaat Materialları Bazarında mövcud olan suni qiymət artımı və inhisarçılıq, bazardakı dinamikaya mənfi təsir göstərən əsas amillər hesab olunur. Yaxın günlərdə mövsümlə əlaqədar olaraq bazardakı aktivliyin artacağı, qiymətlərdə isə bahalaşmanın müşahidə ediləcəyi proqnozlaşdırılır.
-
- Cəmiyyət
- 12 Aprel 2013 11:31
-
- Bazarların icmalı
- 12 Aprel 2013 12:01
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz