Martda rəsmi inflyasiya 0,9% olub
Mart ayında inflyasiya 0,9% olub, deyə aprelin 14-də Dövlətstatkom məlumat verib.
Martda ərzaq məhsullarının qiymətləri 1,8 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,5 faiz, əhaliyə göstərilən pullu xidmətlərin qiymət və tarifləri 0,1 faiz bahalaşıb.
Ay ərzində buğda ununun, düyünün, qarabaşaq yarmasının, makaron məmulatlarının, mal və qoyun ətinin, kərə yağının, qarğıdalı və zeytun yağlarının, meyvələrin spirtli içkilərin, tütün məmulatlarının qiymətlərində bahalaşma müşahidə olunub.
Ötən ay bir çox qeyri-ərzaq malları: parçalar, geyim və ayaqqabılar, inşaat materialları, mebel və ev əşyaları, məişət cihazları, kiçik elektrik cihazları, iri və kiçik alət və avadanlıqları, minik avtomobili və minik avtomobilləri üçün ehtiyat hissələri, zərgərlik məmulatları bahalanıb.
Üçüncü ildir, alternativ inflyasiya hesablanması aparılmır. Turan-ın hesablaması göstərir ki, 21 fevral devalvasiyasından sonra qiymət və tariflər xeyli bahalanıb. Amma hökumət siyasi mülahizələrdən real inflyasiya səviyyəsini azaldır. 08D
-
- Siyasət
- 16 Aprel 2015 14:37
-
- İqtisadiyyat
- 16 Aprel 2015 15:04
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz