Martın 1-dən aksiz mallarının qiyməti artacaq
Martın 1-dən aksiz şamil edilən malların qiymətləri artacaq. Bu, Nazirlər Kabinetinin 29 yanvar tarixli 17 saylı qərarı ilə bağlıdır. Qərar onların təsdiqindən 30 gün sonra yeni dərəcələrin tətbiqini müəyyən edir.
Sənədə görə, yeni aksiz dərəcələri idxal edilən və vergiqoyuluşuna aid olan mallara şamil edilir. Belə ki, arpa pivəsi bir litrə görə 1 manat, üzüm şərabı,
80 faizli spirt və 80 faizdən az spirtli içkilər, şirin şərab litrə görə 2 manat olacaq. Şampan şərabının aksizi bir litrə görə 2,5 manat olacaq. Cin, viski, araq, likör bir litrə görə 6 manat olacaq.
1 min siqar və siqarill 10 manat, siqaret 4 manat olacaq. Yüksəkoktanlı avtomobil benzini üçün aksiz onların müxtəlifliyindən asılı olaraq bir tona görə 80, 120 və 200 manat olacaq.
Reaktiv yanacaq üçün aksiz bir tona görə 1 manat, kerosin 80 manat olacaq. Motor yağlarını bir tona görə 5- manatadək həcmdə, neft koksu, bitumu isə bir tona görə 24 manatadək həcmdə aksiz gözləyir.
Aksiz dərəcələri ilə tam şəkildə maraqlanmaq olar:
http://www.azerbaijan-news.az/index.php?mod=3&id=60933 --17D—
-
- Siyasət
- 2 Fevral 2015 17:58
-
- İqtisadiyyat
- 2 Fevral 2015 18:31
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz