Mayda sığortaçılar YNH üzrə 2 mln manat ödəniş edib
Mayda İcbari Sığorta Bürosunun üzvü olan sığorta şirkətləri avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 1 mln 968 min 626,37 manat kompensasiya ediblər.
Büronun məlumatında deyilir ki, ödənişlər 1442 sığorta tələbi üzrə olub. Avtonəqliyyata dəyən ziyan üzrə 1 mln 805 min 362,99 manat, digər əmlaka dəyən ziyan üzrə 68 min 263,38 manat, sağlamlığa dəyən zərər üzrə 35 min manat (33 hadisə) kompensasiya edilib. Şəxsin ölümü üzrə 12 YNH görə 60 min manat ödəniş edilib.
Ötən il AVSMMİS üzrə cəmi 6,83 mln manat ödənilmişdi. --17D—
-
- Sual-cavab
- 5 İyun 2013 16:39
-
- İqtisadiyyat
- 5 İyun 2013 17:09
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz