MDM müqaviləni gecikdirən SC-ləri cərimələyəcək
«Milli Depozit Mərkəzi» (MDM) 31 dekabr 2014-cü ildən yeni tarif siyasəti həyata keçirir. Ona əsasən, müqaviləni gecikdirən SC-ləri cərimələnəcək.
Bakıdakı SC-lər 300 manat, digər SC-lər 150 manat cərimə olunacaq.
MDM Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi yanında fəaliyyət göstərir. Mərkəz, qanunvericiliyə zidd olaraq, illlik hesabatları vaxtında vermir. Sonuncu illik hesabat 2011-ci ilə aiddir. Bu hesabata əsasən, MDM 1645 emitentin qiymətli kağızlarını saxlayır və onların sahiblərinin reyestrini aparır. Bir neçə il əvvəl mərkəz tarifini dəyişib. Ona əsasən, emitentlər MDM-lə müqaviləni gecikdirdiyi dövr üçün də ödəniş edir.
MDM Bakıdakı SC-lərin nizamnamə kapitalının 0,0 5%-i, kənardakıların 0,025%-i həcmində xidmət haqqı alır.
Cərimə tətbiqi barədə qərar 16 dekabrda səhmdarların ümumi yığıncağında (yeganə təsisçi QKDK) qəbul edilib, ilin son iş günündə açıqlanıb.
2012-ci ilin əvvəlində MDM 101 256 fiziki şəxsə və 625 korporativ investora xidmət edib. 2011-ci ildə MDM-in gəliri 1 mln 111,5 min manat, xalis mənfəəti 101,5 min manat olub. 08B
-
- Siyasət
- 5 Yanvar 2015 17:52
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz