- İqtisadiyyat
- 5 Yanvar 2015, 17:13
- 149
Brent markalı neftin illik qiyməti son 4 ildə ilk dəfə $100-dan aşağı düşdü
2014-cü ildə Brent markalı neft özünün qiymətini nə az, nə çox düz düz 48% itirdi. Ancaq 2013-cü illə müqayisədə orta qiymətlərin müqayisəsində bu fərq cəmi 8,66% təşkil etdi. Ötən il Brent markalı neftin bir barelinin orta illik qiyməti $99,29, eyni həcmdəki Qərbi Texas neftinin (WTI) qiyməti isə - $92,60 oldu.
Turan-ın məlumatına görə, bu, son 4 ildə Brent markalı neftin dünya bazarlarında illik qiymətinin 100 dollardan aşağı düşdüyü ilk göstərici idi.
Bazar iştirakçılarının verdikləri proqnozlara əsasən, hələlik neft qiymətlərinin yüksələcəyinə dair heç bir pozitiv məlumat yoxdur. Çünki Rusiya və İraq çox sürətlə neft hasilatını və ixracını artırırlar, əvəvzində ABŞ və Çin kimi irir istehlakçı idxalı azaldır. Ona görə də 2015-ci ilin ortaları üçün belə fyüçers müqavilələri ən yaxşı halda belə 60 dollar və ya ondan bir qədər baha qiymətə bağlanır.
Qeyd edək ki, Azərbaycanın 2014-cü il üçün dövlət büdcəsi neftin 1 barelinin orta ixrac qiymətinin 100 dollar hesabından tərtib edilmişdi. 2015-ci il bedcəsində isə bu göstərici 90 dollar nəzərdə tutulub. –12B--
-
- İqtisadiyyat
- 5 Yanvar 2015 17:11
-
- İqtisadiyyat
- 5 Yanvar 2015 17:18
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz