MDM tariflərə dəyişikliklər edilib
Emitentlər, investorlar və qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının maraqları nəzərə alınaraq Milli Depozit Mərkəzi xidmətlər üzrə tariflərə əlavə və dəyişiklikləri təsdiq edib.
Dəyişikliklərə əsasən, 4 tarif növü təkmilləşdirilib, 3 xidmət növü üzrə tariflər tətbiq edilib. İnvestisiya qiymətli kağızlara beynəlxalq identifikasiya kodu verilməsinə görə ödəniş ləğv edilib. Dövlət qiymətli kağızların saxlanmaq üçün qəbulu da pulsuz olacaq.
Kommersiya banklarının və sığorta şirkətlərinin saxlanması üzrə tarif başqa emitentlərlə eyniləşdirilib. Mənzil sertifikatlarının saxlanması və onların sahiblərinin reyestrinin aparılması üzrə ödəniş ümumi qayda ilədir, amma onların dövriyyəsi ərzində bir dəfə həyata keçirilir.
MDM ölkədəki digər depozit şirkətinə təklif edir ki, Bakı Fond Birjası ilə elektron iniformasiya mübadiləsi üçün müxbir əlaqələrindən istifadə etsin. Bu xidmət üçün illik ödəniş 1000 manatdır. Bundan başqa, MDM digər depozitardan əməliyyatlara görə hər bir əqd üzrə ümumi məbləğin 0,003%-i müqabilində ödəniş alacaq.
Yeni tariflər iyulun 1-dən qüvvəyə minir. 08B
-
- İqtisadiyyat
- 3 İyul 2012 19:52
-
- İqtisadiyyat
- 3 İyul 2012 19:59
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz