Mədən sənayesində şəffaflığın gücləndirilməsi üzrə QHT koalisiyasının rəhbər orqanları seçiləcək
Cümə günü Mədən sənayesində şəffaflığın gücləndirilməsi üzrə QHT koalisiyasının 2013-cü il üzrə yekun konfransı keçirilib.
İclasda rəhbər orqanların hesabatı dinlənilib, yekun sənəd təqdim edilib. Günün sonu üçün 5 nəfərlik monitorinq qrupu, 11 nəfərlik koalisiya şurası seçiləcək.
Monitorinq qrupunun keçmiş rəhbəri Azər Mehdiyevin sözlərinə görə, çətin iş olduğu üçün bu dəfə qrupda olmaq istəmir, koalisiya şurası onu qane edir. «QHT assosiasiyasının üzvləri azalır, ötən il 171 idi, bu ilin əvvəlində 160, indi 120-dir. Nümayəndələrin yarısı səsvermədə iştirak etsə, sevinəcəyik», - deyə o bildirib. Səbəb isə budur ki, nə hökumət, nə ARDNŞ, nə xarici podratçılar neft və qaz hasilatı üzrə ictimaiyyətə hesabat vermir.
İqtisadçı Qubad İbadoğlunun fikrincə, ARDNF Təşəbbüs çərçivəsində hesabat verir, amma ARDNŞ və xarici podratçılar da hesabat verməlidir. O, yeni beynəlxalq standartlardan danışıb və qeyd edib ki, köklü qərarlar Londonda I "Açıq hökumət təşəbbüsləri" sammitində qəbul edilib. Tədbirdə Böyük Britaniyanın baş naziri Devid Kemeron və ABŞ dövlət katibi Con Kerri, dövlət və hökumət başçıları iştirak edib.
Yeniliyə əsasən, karbohidrogen satışı üzrə əsas maliyyə hesabatları açıq olmalıdır, ona görə yeni monitorinq qrupu çoxsaylı suallara asanlıqla cavab ala biləcək. --17D—
-
- İqtisadiyyat
- 13 Dekabr 2013 13:44
-
- İqtisadiyyat
- 13 Dekabr 2013 15:32
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz