"Mərhələ-1" çərçivəsində biznesin səmərəliliyi artıb
2013-cü ilin I rübündə "Şahdəniz" kontrakt meydançasında 2,42 mlrd kubmetr təbii qaz və 5 mln barrel (630 min ton) kondensat çıxarılıb. Karbohidrogenlərin hasilatı üçün beynəlxalq konsorsium $42 mln xərcləyib. Bu barədə BP-Azerbaijan (operator) şirkəti məlumat verir.
Qeyd edək ki, 2012-ci ilin yanvar-martında yataqdan 2 mlrd kubmetr qaz və 4,1 mln barrel (500 min ton) kondensat çıxarılmasına $81,5 mln investisiya qoyulub.
Yəni I rübdə "Şahdəniz-1" layihəsi çərçivəsində biznes əməliyyatlarının səmərəliliyi aydındır: hesabat dövründə qaz və kondensat hasilatı 21% və 26% artıb, xərclər 48,5% azalıb.
* "Mərhələ-1" layihəsi çərçivəsində hasilat 2006-cı ilin noyabrında başqlayıb. O vaxtdan 1 aprel 2013-cü ilə kimi 40 mlrd kubmetr qaz və 10,7 mln ton kondensat çıxarılıb. --12В--
-
- Bazarların icmalı
- 14 May 2013 12:45
-
- İqtisadiyyat
- 14 May 2013 13:01
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz