Bakıda neft-qaz konfransı keçiriləcək
Ernst & Young şirkəti mayın 17-də Bakıda "Xəzər regionu: neft və qaz sahəsində çətinliklər və tendensiyalar" adlı konfrans keçirəcək.
Konfransda Xəzər regionunda neft və qaz şirkətlərinin vəziyyəti, üzləşdikləri çətinliklər müzakirə ediləcək. Bu bazarın iştirakçıları və ekspertlərin fikir mübadiləsi onların inkişaf perspektivini düzgün qiymətləndirmək imkanı verəcək, deyə konfrans təşkilatçılarının press-relizində bildirilir.
Tədbirdə ARDNŞ-nin və xarici neft-qaz şirkətlərinin təmsilçiləri iştirak edəcək.
* Ernst & Young (E&Y)dünyada ən böyük auditor şirkətlərindəndir ( “böyük dördlüyə”daxildir). Mənzil-qərargahı Londonda yerləşir --0--
-
- İqtisadiyyat
- 14 May 2013 12:55
-
- Siyasət
- 14 May 2013 13:04
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz