Mərkəzi Bank noyabrın 28-də növbəti depozit hərracı keçirəcək. Turan-ın məlumatına görə, AMB 14 günlüyə 12,01%-14,99% orta ölçülmüş dərəcə ilə 50 mln manat cəlb etməyi planlaşdırır.  AMB 2016-cı ilin iyunundan  depozit hərracları keçirməyə başlayıb. Beynəlxalq təcrübədə depozit hərraclarında məqsəd pul kütləsinin sterilləşdirilməsidir. AMB depozit hərracları zamanı kommersiya banklarından depozit qəbul edir.  -- 71D--

Daha çox oxumaq üçün daxil olun və ya abunə olun

Rəy yaz

İqtisadiyyat

Bizi sosial şəbəkələrdə izləyin

Gündəmdə