Mərkəzi Bank dolların məzənnəsini 1,8% ucuzlaşdırıb
Azərbaycan Mərkəzi Bankı bazar ertəsi dolların məzənnəsini 1,9111 manatdan 1,8769 manata endirib.
Turan-ın məlumatına görə, 2016-cı ilin oktyabrından etibarən dolların məzənnəsi ilk dəfə belə kəskin ucuzlaşır.
Fevralın 7-də kommersiya banklarının Amerika valyutasını əhalidən 1,82-1,83 manata alacağını, 1,89-1,91 manata satacağını təxmin etmək olar. -71D-
İqtisadiyyat
-
Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin ilk on bir ayı ərzində Azərbaycan dəmir yolu ilə 6,96 milyon ton yük daşımış və bu yüklərin dəyəri 3,01 milyard dollar təşkil etmişdir. Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 4%, dəyər baxımından isə 10,1% azalma deməkdir.
-
Azərbaycan Respublikasının Nazirlər Kabineti ölkənin rəqabət qanunvericiliyi çərçivəsində sazişlərin təsdiqlənməsini tənzimləyən qaydalar qəbul edib. Bu addım hüquqi çərçivəyə uyğunluğu artırmaq və bazar şəffaflığını gücləndirmək məqsədi daşıyır.
-
Erməni işğalından azad edilmiş ərazilərin bərpası ilə bağlı Azərbaycanın ambisiyalı proqramı geniş şəkildə bir mənbədən satınalma metodlarından istifadə edilməsi səbəbindən diqqət çəkir və şəffaflıq və korrupsiya ilə bağlı narahatlıqlar yaradır.
-
Azərbaycan 2024-cü ilin yanvar-noyabr ayları ərzində buğda idxalının 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2% artdığını qeydə alıb ki, bu da daxili tələbatı ödəmək üçün xarici mənbələrdən asılılığın davam etdiyini göstərir. Bu artım, 2024-cü ildə daxili buğda istehsalının 148,100 ton azalması fonunda baş verir və idxal tədarükünə olan ehtiyacı daha da artırır.
Rəy yaz