![Mərkəzi Bank manatın məzənnəsini dəyişməyib](https://turan.az/resized/media/2016/main/092800170029-750-500-resize.webp)
Mərkəzi Bank manatın məzənnəsini dəyişməyib
Azərbaycan Mərkəzi Bankı sentyabrın 29-na milli valyutanın məzənnəsini elan edib. Məzənnə dəyişməyib - 1USD/1,6252AZN.
Qeyd edək ki, dolların məzənnəsinin 2016-cı i mayın sonlarından başlayan artışı sentyabrda Dövlət Neft Fondu və Mərkəzi Bankın kütləvi müdaxilələrindən sonra dayanıb.
Amma ekspertlər hesab edirlər ki, ilin sonuna doğru milli valyutaya təzyiq yenidən artacaq, bu da şirkətlərin və bankların xarici öhdəliklərini yerinə yetirməsi ilə bağlıdır. -71D-
-
- Cəmiyyət
- 28 Sentyabr 2016 16:49
İqtisadiyyat
-
Avropada təbii qazın qiymətləri cümə günü 2023-cü ilin oktyabr ayından bəri ən yüksək səviyyəyə yüksələrək, bölgədə gözlənilən soyuq hava dalğası fonunda artan tələbat gözləntilərini əks etdirib.
-
ABŞ-ın prezidenti Donald Trampın təklif etdiyi enerji və ticarət siyasətləri qlobal neft və qaz qiymətlərində uzunmüddətli enişə səbəb ola bilər. Bu isə 2026-cı ildən etibarən Azərbaycanda iqtisadi sabitliyin pozulmasına gətirib çıxara bilər, əgər fundamental struktur islahatları həyata keçirilməzsə, iqtisadçı Qubad İbadoğlu son analizində xəbərdarlıq edib.
-
Azərbaycan kənd təsərrüfatı sektorunu şaxələndirmək istiqamətində addım ataraq ölkənin ilk kommersiya məqsədli banan istehsalına start verib. Yerli istehsalçı Fruitland tropik meyvələri daxili bazara təqdim edir.
-
Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan yaşıl enerjinin ötürülməsi sahəsində qarşılıqlı anlaşma memorandumu layihəsinin mətnini razılaşdırıblar. Bu, regionda dayanıqlı enerji əlaqələrinin inkişafında mühüm addım kimi qiymətləndirilir. Sənəd ölkələr arasında enerji mübadiləsini genişləndirmək və Yaşıl Enerji Dəhlizi layihəsi üçün hüquqi baza yaratmaq məqsədini daşıyır.
Rəy yaz