![Mərkəzi Bankın depozit hərracında tələb təklifdən 2 mln manat çox olub](https://turan.az/resized/./turan-750-500-resize.webp)
Mərkəzi Bankın depozit hərracında tələb təklifdən 2 mln manat çox olub
Mərkəzi Bank növbəti depozit hərracında 14,98%-lə 50 mln manat cəlb edib, deyə AMB bildirir.
Turan-ın məlumatına görə, tələb 52 mln manat olub.
Bu, 20-ci depozit hərracı idi. AMB 2016-cı ilin iyunundan depozit hərracları keçirməyə başlayıb.
Beynəlxalq təcrübədə depozit hərraclarında məqsəd pul kütləsinin sterilləşdirilməsidir. AMB depozit hərracları zamanı kommersiya banklarından depozit qəbul edir. 71D
-
- İqtisadiyyat
- 14 Noyabr 2016 15:15
-
- Siyasət
- 14 Noyabr 2016 15:43
İqtisadiyyat
-
Azərbaycan hökuməti sənaye və kənd təsərrüfatı zonalarına investisiyaları cəlb etmək səylərini artırır. 2023-cü ildə İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) 31 yeni sahibkarlıq subyektinə rezident statusu, bir sahibkara isə qeyri-rezident statusu verib. Bu, ölkənin post-münaqişə bölgələrində və digər ərazilərində iqtisadi inkişafı sürətləndirmək istiqamətində yeni mərhələ hesab olunur.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) beynəlxalq miqyasda üst axın (upstream) əməliyyatlarını genişləndirərək, qlobal portfelində strateji dəyişiklik həyata keçirir. Şirkətin İsrailin Tamar qaz yatağında 10%-lik və Abu-Dabidəki SARB və Umm Lulu dəniz neft layihələrində 3%-lik pay əldə etməsi, SOCAR-ın Azərbaycan sərhədlərindən kənardakı ambisiyalarının artdığını göstərir.
-
BP 2025-ci ildə Azəri-Çıraq-Günəşli (AÇG) yatağında 19 quyu qazmağı planlaşdırır və bununla da 2024-cü ildəki qazma fəaliyyətini eyni səviyyədə saxlayacaq. Bu barədə çərşənbə axşamı şirkətin yüksək vəzifəli nümayəndəsi məlumat verib.
-
Beynəlxalq Buruqçular Podratçılar Assosiasiyası (IADC) çərşənbə axşamı Bakıda illik "IADC Drilling Caspian" konfransına start verdi. Sənaye liderlərini bir araya gətirən tədbir neft və qaz yataqlarının qazılması sahəsində yeniliklər, eləcə də geotermal enerjinin artan rolu mövzusunda müzakirələrə həsr olunub.
Rəy yaz