Meyvə və tərəvəz ixracı neft məhsullarının ixracını üstələyib
Bakı/15.09.17/Turan: Bu ilin səkkiz ayında Azərbaycan xaricə 310,5 min ton meyvə və tərəvəz ixrac edib ki, bu da 2016-cı ilin müfaviq dövründən 63,5% çoxdur. Bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında bildirilir.
İxracın həcmi dəyər ifadəsində ötən ilin həmin dövrünün göstəricisini 42,7% üstələyib.
DGK-nın göstəricilərinə əsasən həcmə görə meyvə və tərəvəz ixracı ( $269,5 mln.) neft məhsullarının ixracını $44,6 mln. üstələyir. Bu il Azərbaycan ölkə xaricinə 583,6 min ton neft məhsulu ixrac edib ki, bu da ötən ildə olduğundan 41% azdır.
Qeyri-neft ixracı strukturunda meyvə və tərəvəzin xüsusi çəkisi 28% təşkil edir.
İxrac artımı ölkə daxilində meyvə-tərəvəzin qiymətinə təsir göstərir. Dövlət Statistika Komitəsinin məlumatına görə, ilin əvvəlindən qiymətlər bir neçə faiz artıb.08D
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz