Mikrokreditləşmə avqustda 2,7% artıb
Bu ilin avqustunda Azərbaycanda mikrokreditləşmənin ümumi kredit portfeli $26,98 mln və ya 2,7% artaraq 529 min müştəri üzrə $997,21 mln olub. İlin əvvəlindən bu göstərici $186,659 mln və ya 23%, illik müddətdə $257,05 mln və ya 34,7% artıb. Riskli kredit payı ilin əvvəli ilə müqayisədə dəyişməyib və 1% təşkil edib.
Azərbaycan Mikromaliyyə Assosiasiyasının məlumatına görə, üzvləri arasında ən iri kreditor "Accessbank"dır. Bütün mikrokreditlərin 31%-i onun payına düşür. Uçot mikrokreditləşmə ilə məşğul olan 32 təşkilat üzrə aparılır. Onların ümumi aktivləri $4,598 mlrd-dır. Mikrokredit alanların 28%-i qadınlardır.
AMA-nın hesabatında $100-$20 000 məbləğində kreditlər əksini tapıb. --15В--
-
- İqtisadiyyat
- 3 Oktyabr 2013 14:47
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz