Mingəçevir toxuculuq yenə investorlara təklif edilir
Əmlak Məsələləri Dövlət Komitəsi səkkizinci ildir ki, investisiya müsabiqəsi yolu ilə “Mingəçevir Toxucu” ASC-nin səhmlərinin 99,31%-ni satmaq istəyir. Müəssisə növbəti dəfə ötən şənbə investorlara dəyişiklik olmadan təklif edilib.
İnvestorlar müəssisənin profilini dəyişməməli, yeni texnologiyaların tətbiqi və yeni iş yerlərinin açılmasını nəzərdə tutan investisiya proqramı təqdim etməlidir.
İddiaçılar dövlət büdcəsinə ən azı 700 min manat ödənilməsi, işçilərə olan 185 mion manat maaşı ödəmək barədə öhdəlik götürməlidir.
Təkliflər oktyabrın 5-dək qəbul edilir.
“Mingəçevir Toxucu” ASC-nin nizamnamə kapitalı 1 375,5 min manatdır. Bu il avqustun 1-i üçün öhdəliyi 995 min manat, debitor borcu 2,9 mln manatdır.
Mingəçevir toxuculuq fabriki 1960-cı ildə istismara verilib. Müəssisədə 680 nəfər işləyir. Bir il əvvəl 635 nəfər çalışıb. 08D
-
- Analitika
- 11 Sentyabr 2012 16:04
-
- İqtisadiyyat
- 11 Sentyabr 2012 16:22
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz