Minik avtomobili idxalı 38,5% azalıb
Bu ilin on ayında Azərbaycana 47 379 minik avtomobili gətirilib. Bu, ötən ilin eyni dövründəkindən 38,5% azdır, deyə Gömrük Komitəsi məlumat verir.
Ölkədəki iqtisadi proseslər (ekoloji normalara tələbin sərtləşdirilməsi, yanacağın, parklanma haqqının bahalanması, tıxaclar) minik avtomobili idxalının azalması ilə nətivcələnib.
DGK-nın məlumatına görə, idxal edilən avtomobillərin üçdə ikisi işlənmişdir: bu ilin I yarısında 30 917 minik avtomobilindən 19 657-si istifadədə olmuş avtomobildir.
Bu il Çin minik avtomobillərinin idxalı artıb. Bu ilin I yarısında diler və distribütorlar bu ölkədən 1252 minik avtomobili gətirib.
İlin əvvəlindən başqa avtonəqliyyat vasitələrinin tədarükü də azalıb. Bu dövrdə ölkəyə 270 avtobus (mənfi 420), 4 135 yük avtomobili (mənfi 2283) və 312 xüsusi texnika (mənfi 425) gətirilib. Bu həm də iqtisadi aktivliyin azalması ilə bağlıdır. 08B
-
- İqtisadiyyat
- 19 Noyabr 2014 10:22
-
- İqtisadiyyat
- 19 Noyabr 2014 10:29
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz