Mis filizi ixracı artıb
Bu ilin I yarısında Azərbaycan 1864,5 ton mis filizi və konsentratı ixrac edib. Bu, 2014-cü ilin eyni dövründəkindən 59,3% çoxdur, deyə Dövlətstatkomda Turan-a bildiriblər.
Bu il misin hamısı Gürcüstana tədarük edilib. 2014-cü ilin I yarısında Qazaxıstana da mis (224,6 ton) ixrac edilmişdi.
Bu il mis filizi və konsentratı ixracından $2 mln 70,2 min gəlir olub. Bu, 2014-cü ilin eyni dövründəkindən 11,1% azdır. Bu ilin I yarısında Azərbaycan misinin tonu $1110,3 olub. Bir il əvvəl o, $878 baha idi.
Azərbaycanda mis filizi istehsalçısı Anglo-Asian Mining Company şirkətidir.
Bu ilin I yarısında Azərbaycanda 784,1 ton mis filizi istehsal edilib. Bu, 2014-cü ilin eyni dövründəkindən 2,3 dəfə çoxdur. 08B
İqtisadiyyat
-
Azərbaycanın maliyyə vəziyyəti möhkəmlənməyə davam edir, çünki ölkənin xarici valyuta ehtiyatları 2025-ci il yanvarın 1-nə olan vəziyyətə görə 71 milyard dollar həcmində artıb. Bu rəqəm, həmçinin Azərbaycan Dövlət Neft Fondu (SOFAZ) və Azərbaycan Mərkəzi Bankının (AMB) ehtiyatlarını əhatə edir və ölkənin xarici borcunu xeyli üstələyir; xarici borc ehtiyatların təxminən 14 dəfə azdır. Bu güclü ehtiyat mövqeyi, Azərbaycanın maliyyə sabitliyini və hökumətin strateji iqtisadi idarəetməsini əks etdirir.
-
Azərbaycan Energetika Nazirliyinin operativ məlumatlarına görə, 2025-ci ilin yanvar ayında ölkədə 2,3 milyon ton neft (kondensatla birlikdə) və 3,9 milyard kubmetr qaz hasil edilib.
-
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Albaniyada nümayəndəlik açıb və bu il konkret bir layihənin icrasına başlamağa hazırlaşır, Albaniyanın "Albgaz" şirkəti bildirib.
-
"Azərbaycan hazırda 54 orta gəlirli ölkə arasındadır". Bunu Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov fevralın 10-da Bakıda Dünya Bankının "Dünya İnkişaf Hesabatı 2024" təqdimatında deyib.
Rəy yaz